Türkiyənin əksər bölgələrində havanın temperaturu kəskin aşağı düşüb, güclü qar yağır. Bu səbəbdən ölkənin 132 vilayətində yollar və məktəblər bağlanıb.
Ednews türk mediasına istinadən xəbər verir ki, bir sıra bölgələrdə avtomagistrallarda hərəkət dayandırılıb. Yüksək ərazilərdə qarın qalınlığı 1 metrə çatarkən, yaşayış yolları nəqliyyata bağlanıb.
Qarayolları, Başkale Bələdiyyəsi və Van Böyükşəhər Bələdiyyəsi qarla mübarizə qrupları bağlanan yolların açılması üçün iş başlatdı. Komandalar sıx səy göstərərkən rayonda təhsil bir gün müddətinə dayandırılıb.
Oğuz