Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva Qəzza zolağındakı müharibəni Adolf Hitlerin cinayətləri ilə müqayisə etdiyi üçün İsraildən üzr istəmək niyyətində deyil.
Ednews “CNN Brasil” telekanalına istinadən xəbər verir ki, bunu Braziliya prezidentinin beynəlxalq məsələlər üzrə xüsusi nümayəndəsi Selso Amorim deyib.
“Biz həmişə bir-birimizə böyük hörmətlə yanaşmışıq və iki dövlət yaratmaq ideyasını müdafiə etmişik, amma üzr istəmək üçün heç nə yoxdur”, - S.Amorim bildirib.
O vurğulayıb ki, İsrail özünü getdikcə daha çox təcrid vəziyyətinə salır.
***
İsrailin xarici işlər naziri İsrael Kats Braziliya Prezidenti Luiz İnasiu Lula da Silvanı arzuolunmaz şəxs elan edib.
Ednews TASS-a istinadən xəbər verir ki, o, bu barədə Braziliyanın İsraildəki səfiri ilə müzakirələrdən əvvəl deyib.
“Prezidentə çatdırmaq istərdim ki, biz onu bağışlamayacağıq və o, sözlərini geri götürərək üzr istəməyənə qədər İsraildə arzuolunmaz şəxs olacaq”, - nazir bildirib.
O, bu addımın Braziliya liderinin Qəzza zolağındakı müharibəni Holokostla müqayisə etdiyi üçün atıldığını deyib.