Ukrayna Prezidenti Volodimir Zelenski Polşanın Baş naziri Donald Tusku ölkələr arasında sərhəddə görüşməyə dəvət edib.
Ednews xəbər verir ki, bu barədə Zelenski özünün “Telegram” kanalında məlumat verib.
Fermerlərin genişmiqyaslı etirazları fonunda Zelenski Ukrayna tərəfinin sərhəd buraxılış məntəqəsinin blokadası ilə bağlı polşa əhalisinə müraciət edib.
O, Polşa prezidenti Andjey Duda və baş nazir Donald Tusku mübahisəli məsələləri həll etmək üçün fevralın 24-dək sərhəddə görüşməyə dəvət edib.