Kaliforniyada yerləşən çip istehsalçısı Nvidia, 2023-cü ilin son rübündə süni intellekt çiplərinə güclü tələbat səbəbindən gözləntilərin üstündə gəlir əldə etdi.
Ednews sozcu.com-a istinadən xəbər verir ki, dünyanın aparıcı çip istehsalçılarından biri olan Nvidia, 2023-cü ilin son rübü üçün balans hesabatını açıqladı.
Şirkətin gəlirləri bu dövrdə illik bazda 265 faiz artaraq 22,1 milyard dollara çatıb.
Bloomberg sorğusunda iştirak edən analitiklərin gözləntiləri 20,41 milyard dollar olub.
Keçən ilin eyni dövründə 6,05 milyard dollar gəlir əldə edən Nvidia, son rüb üçün 24 milyard dollarlıq gəlir təxminini paylaşdı.
Bu dövrdə hər səhmə düşən xalis mənfəət 5,16 dollara yüksəlib.
Nvidia və Amazon və Alphabet-dən sonra ABŞ-ın üçüncü ən dəyərli şirkəti oldu.
Xəyal Ramiz