Co Bayden Vladimir Putini təhqir edib.
Ednews xəbər verir ki, o, bunu San-Fransiskoda keçirilən ianə aksiyası zamanı edib.
“Putin və başqaları kimi dəli əclaf oğullarına (son of the bitch) görə biz həmişə nüvə münaqişəsindən narahat olmalıyıq".
Qeyd edək ki, Kreml isə Baydenin Putinlə bağlı bəyanatlarını biabırçı və utancverici adlandırıb.
Xatırladaq ki, ötən həftə ABŞ prezidenti müxalifət lideri Aleksey Navalnının ölümündə Putini və “onun quldurlarını” günahlandırıb, bu ifadəni dəfələrlə işlədib.
Əkbər