Almaniyanın xarici işlər naziri Annalena Baerbokun Ukraynanın Qara dəniz sahilindəki liman şəhəri Mykolayivə səfəri təhlükəsizlik baxımından yarımçıq qalıb.
Ednews xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Almaniya mətbuatına verdiyi açıqlamada, Almaniyanın maliyyələşdirdiyi içməli su təmizləyici qurğunu ziyarət etmək üçün Nikolaiv şəhərinə gedən Annalena Baerbok və heyətini Rusiyaya məxsus pilotsuz uçan aparatın izlədiyini bildirib. (İHA) və səfər yarımçıq kəsilərək zirehli maşınlara mindirilib, onun bölgədən çıxarıldığı bildirilib.
Açıqlamada, sözügedən İHA-nın bir müddət monitorinq apardıqdan sonra ərazidən uzaqlaşıb.
Alman mətbuatında yer alan xəbərdə Baerbokun bölgəni tərk etməsindən sonra Nikolayvda hava hücumu təşkil edildiyi, Almaniya xarici işlər nazirinin Ukrayna səfərini bitirərək ölkəsinə döndüyü bildirilib.
Xəyal Ramiz