"Krım Ukraynaya qaytarıla bilər".
Ednews xəbər verir ki, bu sözləri Böyük Britaniyanın sabiq baş naziri Boris Conson "European Pravda"ya müsahibəsində deyib.
“Məncə Krım çox maraqlı perspektivdir, çünki hamı düşünürdü ki, Putin Krımı heç vaxt buraxmayacaq. Putin Krımda çox həssasdır.
Əgər infrastruktura, logistikaya baxsanız, orada böyük imkanlar var. Ona görə də hesab edirəm ki, insanların Krıma münasibəti dəyişib”, - Böyük Britaniyanın keçmiş baş nazir deyib.
Conson sonda vurğulayıb ki, Ukraynada daha çox uzaqmənzilli mərmilər, daha çox HIMARS, ATACMS, Fırtına Kölgəsi kimi raketlər verəcəyi təqdirdə bu hadisə baş tuta bilər.
Əkbər