Fransanın keçmiş xarici işlər naziri Filip Dust-Blazinin Parisdəki evi qarət edilib.
Ednews "Le Monde"-yə istinadən xəbər verir ki, siyasətçi oğurluq zamanı evdə olmayıb və hadisədən yalnız qayıdandan sonra xəbər tutub.
Məlumata əsasən nazirin iki “Patek Philippe” saatı, zinət əşyaları, dəri əşyalar, həmçinin dəbdəbəli geyim əşyaları oğurlanıb.
Qeyd edək ki, ümumilikdə 120 min avro dəyərində qiymətli əşyalar oğurlanıb
Əkbər