Şahzadə Harri kral ailəsinin fəal üzvü olmadığı üçün təhlükəsizlik reytinqini aşağı salan Britaniya hökumətinə qarşı hüquqi mübarizəni uduzdu.
Ednews ntv.com-a istinadən xəbər verir ki, Şahzadə İngiltərədə polis mühafizəsini ləğv edən hökumət qərarına qarşı məhkəmə iddiası qaldırmışdı.
Britaniya Daxili İşlər Nazirliyi 2020-ci ilin fevralında Şahzadə Harrinin İngiltərədə olarkən avtomatik olaraq polis müdafiəsini dayandıracağını elan etdi.
İngiltərə kralı III Çarlzın kiçik oğlu Harrinin polis mühafizəsi London Ali Məhkəməsinin qərarı ilə ləğv edilib.
O, Kral Ailəsinin və İctimai Şəxsiyyətlərin Müdafiəsi üzrə İcraiyyə Komitəsinin (Ravec) "təhlükəsizlik reytinqini aşağı salmaq" qərarından sonra, artıq kral ailəsinin fəal üzvü olmadığı üçün Daxili İşlər Nazirliyinə qarşı qanuni tədbir görüb.
Harrinin vəkilləri daha əvvəl məhkəməyə şəxsi təhlükəsizlik səviyyəsinin dəyişdirilməsi qərarından sonra ona qarşı rəftarın “qanunsuz və ədalətsiz” olduğunu bildirmişdilər.
Bu iş Böyük Britaniya səfərləri zamanı təhlükəsizlik tədbirləri ilə bağlı xüsusi çətinlikləri əhatə edir.
Xəyal Ramiz