NATO geniş miqyaslı hərbi təlimlərə başlayıb.
Ednews "AP"a istinadən xəbər verir ki, təlimlər 13 ölkə və 20.000 əsgərin iştirakı ilə həyata keçirilir.
Təlimlər Skandinaviya ölkələrinin hər birini əhatə edəcək.
Qeyd edək ki, martın 15-dək davam edəcək təlimdə iştirak edən ölkələr Belçika, İngiltərə, Kanada, Danimarka, Finlandiya, Fransa, Almaniya, İtaliya, Hollandiya, Norveç, İspaniya, İsveç və ABŞ-dır.
Əkbər