Şimali Koreya ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinə cavab olaraq hərbi fəaliyyətlə məşğul olacağını bəyan edib.
Ednews KCNA.com-a istinadən xəbər verir ki, Şimali Koreya Müdafiə Nazirliyi Cənubi Koreya və ABŞ arasında 11 gün davam edəcək və "müqayisədə iki dəfə çox müxtəlif quru təlimləri ehtiva edən birgə təlimlər haqqında" açıqlama verib.
Bəyanatda ABŞ və Cənubi Koreyanın hərbi təlimləri "bir dövlətin suverenliyini pozmağa yönəlmiş açıq təhdid" olaraq xarakterizə edilərək , ABŞ və Cənubi Koreyanın "yanlış seçim üçün ağır bədəl ödəyəcəkləri" ifadə edilib.
Bəyanatda qeyd olunub ki , "Şimali Koreya öz düşmənlərinin avantürist hərəkətlərini izləməyə və Koreya yarımadasındakı qeyri-sabit təhlükəsizlik mühitinə nəzarət etmək üçün effektiv hərbi fəaliyyət göstərməyə davam edəcək".
Cənubi Koreya və ABŞ " ortaq müdafiə duruşunu gücləndirmək" məqsədi ilə dünən "Azadlıq Qalxanı" adlı birgə hərbi təlimə başlayıb .
Təlimin iki ölkənin ortaq müdafiə duruşunu artırmaq məqsədi daşıdığı, quru, dəniz, hava və kiber alətlərdən istifadə ilə çoxdomenli əməliyyatlara və nüvə əməliyyatlarına cavab veriləcəyi bildirilib.
Xəyal Ramiz