Yunanıstanın baş naziri Kiriakosla görüşündən əvvəl Odessada Zelenskinin kortejinə raket zərbəsi endirilib.
Ednews xəbər verir ki, bu barədə Yunanıstanın “Prototema” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, bu gün səhər saatlarında baş nazir Kiriakos Mitsotakisin rəhbərlik etdiyi Yunanıstan nümayəndə heyətinin 150 metrliyində olan Ukrayna prezidentinin korteci raket hücumuna məruz qalıb.
Yunanıstan nümayəndə heyətinin tərkibində yer alan Stavros Papastavrou nəşrə bildirib ki, hücum nəticəsində heç bir itki olmayıb:
“Bizdə hər şey yaxşıdır”.
Ukraynanın rəsmi idarələri isə məlumatla bağlı açıqlama verməyiblər.