“NATO ölkələrinin hərbçiləri artıq Ukraynadadır”.
Ednews xəbər verir ki, bu açıqlama ilə Polşanın xarici işlər naziri Radoslav Sikorski çıxış edib.
“Mən bu ölkələrin nümayəndələrinə riskə getdiklərinə görə səmimi təşəkkürümü bildirirəm”, - nazir qeyd edib.
Eyni zamanda, Sikorski hansı ölkələrdən olan hərbçilərdən söhbət getdiyini açıqlamayıb.