Rusiyada bu cümə başlanacaq və bazar günü axşam başa çatacaq prezident seçkilərindən əvvəl üç əsas sorğu təşkilatı Putinin qələbəsi ilə bağlı açıqlama verib.
Ednews rusturk nəşrinə istinadən xəbər verir ki, Rusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTsİOM), İctimai Rəy Fondunun (FOM) və Sosial Marketinq İnstitutunun (İNSOMAR) sosioloqları martın 15-də nəticələr üçün öz “seçki hesablamalarını” açıqlayıblar. Müvafiq olaraq, iştirak 70 faizi keçəcək və Vladimir Putin səslərin 80 faizindən çoxunu alacaq. Digər namizədlər səslərin “kəsri”ni alacaqlar.
VTsİOM-un martın 6-da keçirdiyi sorğuya əsasən, Vladimir Putin 82 faiz, Nikolay Xaritonov (Rusiya Federasiyası Kommunist Partiyası) 6 faiz, Vladislav Davankov (Yeni insanlar) 6 faiz, Leonid Slutski (LDPR) 5 faiz səs alacaq.
FOM-un proqnozuna görə, seçici fəallığı 69,8 faiz, Vladimir Putin isə 80,8 faiz səs toplayacaq.
INSOMAR sorğusunun nəticələrinə görə, seçicilərin 71,7 faizi Vladimir Putinə 80,2 faiz səs verib.
71 yaşlı Putin 2018-ci il seçkilərində 77,53 faiz səs toplayıb. Kremlin məqsədi bu seçkidə 2018-ci ildə səsləri üstələməkdir.
Xəyal Ramiz