Rusiya Ukraynaya müharibə elan edəndə Asiya dövlətləri bundan necə təsirləndilər?
Ednews The Economist-ə istinadən xəbər verir ki, ABŞ-ın yaxın müttəfiqləri olan Yaponiya, C.Koreya, Flippin və Tayvan Rusiyaya qarşı daha güclü müdafiə sistemləri almaq üçün Vaşinqtona müraciət ediblər.
Beləliklər, ABŞ-ın dəstək gücü daha böyük areala yayılıb.
Ukrayna müharibədə məğlub olsa bu Şərq ölkələri üçün dəhşətli nəticələr verəcək. Çünki, bu zaman təkcə Rusiya yox, həm də Çin regionda öz ekspansionizmini həyata keçirməyə başlayacaq.
Əsas diqqət mərkəzində olan Tayvan, Çin tərəfindən işğal edilə bilər. Moskvanın qələbəsi Qərbin Tayvan işğalı qarşısında heç nə etməmək yolunu seçmək şansını artırıb.
Bununla bağlı ABŞ höküməti bildirib ki, bu müharibədən ən çox yararlanan Pekindir. Qərbin iqtisadi və sosial cəhətdən yorulması onun Çinə qarşı hərbi addəm atması ehtimalınə azaldır.
Fərid