Fransanın Afrikanın Sahel bölgəsindən çıxmasından sonra Mərakeş, Türkiyə və İran arasında rəqabət başlayıb. Rəqabətin səbəbi qeyd edilən ölkələrin Fransanı əvəz etmək istəyidir. Ona görə də hər ölkə Afrikada mövqelərini inkşaf etməyə çalışır. Bəs Afrikada Fransanı hansı ölkə əvəz edə bilər?
Mövzu ilə bağlı ərəb məsələləri üzrə ekspert Əli Əl-Hofi Ednews-a verdiyi açıqlamada bildirib ki, Afrika sərvətlə dolu bir qitədir. Ona görə də istər Şərq, istər Qərb, istərsə də Asiya ölkələri üçün əlverişli bir regiondur:
“Mərakeş özünü Afrikada mühüm beynəlxalq tərəf hesab edir. Çünki, Qərbi Sahara böhranında ƏlCəzairlə rəqabət aparmaq baxımından böyük əhəmiyyət kəsb edir. Türkiyəyə gəlincə, Afrikada Avropa ölkələri rəqabət aparmaqla Osmanlı İmperiyasının keçmiş nüfuzunu qaytarmağa çalışır. İrana gəlincə, Afrika onun üçün böyük əhəmiyyət kəsb edir. Çünki o Afrika qitəsinin sərvətlərini öz sərvəti kimi baxır. Eyni şey Rusiya, Çin və ABŞ-a da aiddir”.
Ekspertin fikrincə Afrikada Fransanı əvəz edəcək yeganə ölkə Rusiya və Çindir.
Loğman Yunis