Yaponiyada 5,1 maqnitudada zəlzələ baş verib.
Ednews TASS-a istinadən xəbər verir ki, yeraltı təkanlar əsasən Tokioda hiss olunub.
Bildirilib ki, zəlzələdən əvvəl ümummilli fövqəladə xəbərdarlıq sistemi işə salınıb - yerli sakinlərin mobil cihazlarına yaxınlaşan zəlzələ barədə xəbərdarlıqlar göndərilib.
Seysmoloqlar ölkənin şimal-şərq sahilləri üçün sunami təhlükəsi elan etsələr də bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib.