Bitcoin həftə ərzində rekord qırdıqdan sonra 4,6 faiz ucuzlaşaraq, spot Bitcoin birja fondlarına (ETF) maraq davam etdi.
Ednews bloomberght-ə istinadən xəbər verir ki, kriptovalyuta bazarlarında spot Bitcoin mübadilə fondlarına (ETF) davamlı maraqla Bitcoin ötən gün 73 min 798 dollara yüksələrək rekordunu yenilədi.
Kriptovalyuta həftə ərzində rekord qırsa da, həftənin son ticarət günündə 4,6 faiz kəskin ucuzlaşma ilə 68 min dollara düşüb.
Böyük mərkəzi bankların bu il faiz dərəcələrini azaltmağa başlayacağı və daha dəstəkləyici pul siyasətinə keçəcəyi ilə bağlı gözləntilər də həftə boyu Bitcoin-in artımını dəstəklədi. Həm Bitcoin, həm də Ether, BNB və Solana kimi top 100 tokenin göstəriciləri bu il indiyədək təxminən 60 faiz artıb. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) yanvarın 11-də 11 fərqli spot Bitcoin ETF ərizəsini təsdiqlədi.
Xəyal Ramiz