Bu gün səhər saatlarında altı terrorçu partlayıcı və kamikadze ilə yüklənmiş maşından istifadə edərək Əfqanıstanın yaxınlığında hərbi posta hücum edilib.
Ednews xəbər verir ki, bu barədə Pakistan ordusu məlumat yayıb.
Bildirilib ki, terror hücumu nəticəsində azı 7 hərbçi həlak olub.
“Terrorçular partlayıcı yüklənmiş avtomobili posta yönəldiblər, ardınca bir neçə kamikadze hücumu olub və nəticədə binanın bir hissəsi uçub. Sonra terrorçularla əsgərlər arasında atışma baş verib”, - deyə məlumatda qeyd edilib.