Bir neçə il əvvələ qədər Rusiyanın ən böyük aviadaşıyıcısı olan AirBridgeCargo iki ildir Şeremetyevoda gözləyən Boeing 747 təyyarəsini Çin lizinq şirkətinə qaytarıb.
Ednews türk.rus.com-a istinadən xəbər verir ki, Volqa-Dnepr qrupuna aid olan AirBridgeCargo-dan verilən açıqlamada, artıq uça bilməyən Boeing 747-8 model təyyarənin Çinin Bank of China Aviation (BOCA) şirkətinə qaytarıldığı bildirilir.
Məsələ ilə bağlı məlumat verən RBC qəzetinə danışan şirkətə yaxın mənbə ikinci Boeing 747-nin BOCA-ya qaytarılmasının planlaşdırıldığını bildirib. Şirkət BOCA-dan 3 Boeing icarəyə götürmüşdü.
AirBridgeCargo 2021-ci ildə Rusiyada 639 min tonla hava daşımalarının 43 faizini həyata keçirib. Şirkət yalnız Boeing model təyyarələrindən istifadə edirdi.
Xəyal Ramiz