Fransa, Çin və Böyük Britaniya hökumətləri Rusiyanın paytaxtı Moskvada törədilən terror aktını pisləyib.
Ednews xəbər verir ki, Fransa dünən Moskvada baş verən terror aktına reaksiya verib.
Milli mətbuatda yer alan xəbərlərə görə, Prezident Makron hücumu kəskin şəkildə pisləyib.
Fransa Xarici İşlər Nazirliyinin "X" sosial media platformasında verdiyi açıqlamada "Moskvadan gələn görüntülər dəhşətlidir.
Fikrimiz qurbanların, yaralananların və rus xalqının yanındadır. Bu iyrənc hərəkətlərə hər cür aydınlıq gətirilməlidir" - deyə bildirib.
Çin Prezidenti Si Cinpin də Rusiyanın paytaxtı Moskvada konsert salonunda törədilən terror aktını pisləyib.
Prezident Si rusiyalı həmkarı Vladimir Putinə başsağlığı mesajında çoxlu insan tələfatına səbəb olan hücumdan şoka düşdüklərini bildirib.
Çinin hər cür terrora qarşı olduğunu bildirən Si, hücumu şiddətlə qınadıqlarını və Rusiya hökumətinin milli təhlükəsizlik və sabitliyi qorumaq səylərini dəstəklədiklərini vurğulayıb.
Həyatını itirənlərə kədərləndiyini bildirən Si mərhumun yaxınlarına başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.
Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron isə Rusiyanın paytaxtı Moskvada törədilən terror aktını pisləyərək, “Bu cür dəhşətli zorakılığa heç nə haqq qazandıra bilməz” deyib.
Kemeron “X” sosial media platformasındakı paylaşımında "Britaniya Moskva yaxınlığındakı “Crocus City Hall”-da baş verən terror aktını qəti şəkildə pisləyib".
Kameronun mesajı Baş nazir Rishi Sunak başda olmaqla bir çox hökumət rəsmiləri və Britaniya rəsmi qurumlarının hesabları tərəfindən paylaşılıb.