Moskvada yerləşən və azərbaycanlı iş adamı Araz Ağalarova məxsus olan "Crocus City Hall" konsert zalında törədilən terror aktı nəticəsində ölənlərin sayı 140-a çatıb.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Rusiyanın səhiyyə naziri Mixail Muraşko yayıb.
Onun sözlərinə görə, xəsarət alanlardan daha biri xəstəxanada dünyasını dəyişib.