Finlandiya ardıcıl yeddinci dəfə dünyanın ən xoşbəxt ölkəsi seçilib.
Ednews xəbər verir ki, bu barədə BMT-nin davamlı inkişaf həlləri bölməsi tərəfindən dərc edilən illik Dünya Xoşbəxtlik Hesabatında qeyd edilib.
Tədqiqatda ümumilikdə 143 ölkə iştirak edib.
Ən xoşbəxt ilk onluğa həmçinin Danimarka, İslandiya, İsveç, İsrail, Hollandiya, Norveç, Lüksemburq, İsveçrə və Avstraliya daxildir. Reytinqdə son beş yeri Konqo (Kinşasa), Syerra-Leone, Lesoto, Livan və Əfqanıstan tutub.
Siyahıda 72-ci yeri tutan Rusiya (5,785 bal) 2022-ci ildə 80-ci, 2023-cü ildə 70-ci pillədə qərarlaşmışdı.
Hesabatda həmçinin BMT ilk dəfə olaraq yaş qrupları üzrə məlumatları təqdim edib.
30 yaşınadək insanların ən xoşbəxt olduğu ölkələr arasında Litva birinci yeri tutub;
60 yaşdan yuxarı insanlar üçün ən əlverişli ölkə Danimarka olub.