USAID-in ləğvi niyə vacibdir?

Analitika 13:57 04.02.2025

Donald Tramp Amerika Birləşmiş Ştatlarının prezidentliyinə namizədliyini yenidən irəli sürəndə, əvvəlki prezidentliyi dövründəki dəst-xətinin yenidən prioritet olduğunu bildirdi. O, Birləşmiş Ştatların xarici siyasətinin bu dəfə də dəyişməyəcəyini və "Birinci Amerika" yanaşması ilə idarə ediləcəyini vurğuladı. Ona görə də Tramp NATO və Avropa İttifaqı kimi kollektiv təhlükəsizlik mexanizmlərinə dəstəyi yenidən azaldacağını, səbəb olaraq ABŞ-nin xarici siyasətin içində var-gəl etməsi, yəni başqa ölkələrin daxili işinə qarışmasının daxili siyasətdə boşluqlar yaratdığını qeyd etdi. Yəni, digər respublikaların problemləri və onların daxili işinə müdaxilə ABŞ-ni maraqlandırmamalıdır, Amerika xalqını daha çox düşünmək lazımdır. Bu istiqamətdə Tramp vəzifəyə başlayan kimi imzaladığı yüzlərlə sərəncamdan biri də ABŞ Hökumətinin Səmərəliliyinin Artırılması Nazirliyinin yaradılması oldu. Milyarder İlon Mask isə nazirliyin rəhbəri təyin edildi.

Respublikaçı Trampdan fərqli olaraq isə sabiq prezident, demokrat Co Bayden administrasiyası isə qlobalist siyasətə üstünlük verir və hökumətə bağlı qeyri-hökumət təşkilatları və maliyyə koorperasiyaları vasitəsi ilə diktə etmək istədiyi coğrafiyalara, dövlətlərin daxili işlərinə müdaxilə edir, müxtəlif region və ölkələrdə çaxnaşmalar yaratmaqla təsir gücünü artırmağa və dolayısı ilə məqsədlərinə nail olmağa çalışırdılar. Onlara bu istiqamətdə ən böyük dəstəyi isə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) göstərirdi.

Bir sözlə, USAID demokratların hakimiyyətində Birləşmiş Ştatların qlobliast siyasətinin həyata keçməsində əsas vasitə sayılırdı, Respublikaçılar isə, xüsusən də Tramp bu fəaliyyəti qəbul etmir. Nəticədə Tramp artıq USAID-lə bağlı tənqidi mövqeyini ortaya qoyub və təşkilatın fəaliyyətinə ehtiyac qalmadığını deyib. Nazir İlon Mask isə ümumiyyətlə USAID-in cinayətkar təşkilat olduğunu deyib və əlavə edib ki, qurum ləğv edilməlidir. Beləliklə, artıq Birləşmiş Ştatların hakimiyyəti də qəbul edir ki, USAID ABŞ-nin inkişafında yox, qlobalist maraqları çərçivəsində başqa ölkələrin, regionların daxili işlərinə müdaxilə prosesində ən effektiv təşkilatdır. Bu baxımdan, "Brinci Amerika"nı düşünən Tramp administrasiyası həqiqətdən doğan zərurəti yerinə yetirir.

Bu məqamda Prezident İlham Əliyevin proqnozonu xatırlatmaq yerinə düşər. Ölkə başçısı ötən ilin dekabrında Rusiyanın "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində bildirmişdi ki, Tramp USAID-i qadağan edə, ümumiyyətlə, sıradan çıxa bilər. İndi Trampın təşkilatın ləğv edilməsi ilə bağlı prosesə start verməsi də ölkə başçısının uzaqgörən, qətiyyətli və prinsipial siyasətinin nə qədər sərrast olduğunu və haqlı olaraq bu kimi təşkilatlara layiqli yerini göstərdiyini bir daha sübut edir.

Fikrimizi əsaslandırmaq üçün USAID-in yaranma tarixi və fəaliyyətinə nəzər salaq. 1961-ci ilin 4 sentyabrında ABŞ Konqresi ölkənin xarici yardım proqramlarını yenidən təşkil etmək və iqtisadi yardımı idarə etmək üçün yeni agentliyin yaradılmasını tələb edən Xarici Yardım Aktını qəbul etdi. Bundan sonra bir neçə mövcud xarici yardım təşkilatını və proqramlarını bir agentlik altında birləşdirməyə çalışan Demokratlar partiyasının üzvü, Prezident Con Kennedinin sərəncamı ilə USAID yaradıldı. Hazırda 27 milyard dollardan çox büdcə ilə USAID dünyanın ən böyük rəsmi yardım agentliklərindən biridir və ABŞ-nin bütün xarici yardımının yarısından çoxunu təşkil edir. Yəni, sözügedən təşkilat xarici yardım adı altında ABŞ-nin xarici siyasətinin formal komponentidir və prezidentin, dövlət katibinin və milli təhlükəsizlik orqanının rəhbərliyi altında fəaliyyət göstərir. Bu qurumdan siyasi qrupları və qeyri-hökumət təşkilatlarını dəstəkləmək üçün istifadə edilir. Bu baxımdan, casusluq və gizli əməliyyatlar da məhz təşkilat vasitəsi ilə həyata keçirilir. Elə bunun nəticəsidir ki, bəzi dövlətlər USAID-i daxili işlərinə müdaxilə etdiyi üçün ölkədən çıxarıb. Məsələn, Rusiya, Boliviya və Venesuela agentliyin fəaliyyətini məhdudlaşdırıb.

Bu istiqamətdə xarici işlər naziri Ceyhun Bayramovun yanvarın 16-da gürcüstanlı həmkarı Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında USAID-lə bağlı səsləndirdiyi fikirləri də xatırlatmaq yerinə düşər:

"USAID-in yardımları Azərbaycanda ABŞ-nin maraqlarının icrasına xidmət edirdi. Azərbaycan tərəfi hər şeyə rəğmən dedi ki, əgər ABŞ Azərbaycana yardım etməkdə maraqlıdırsa, həmin yardımlar rəsmi şəkildə bütün şəffaflıqları özündə əks etdirməlidir. 2000-сi ildən çərçivə sənədi mövcud idi. Biz o sənədin müddəalarını və son illər ərzində icranın necə baş verdiyini təftiş etdik. Məlum oldu ki, onların fəaliyyəti Azərbaycanın istəyi və maraqları formatında deyil, ABŞ-nin Azərbaycanda gündəliyinin həyata keçirilməsinə xidmət edir. Bunun əsasında həmin sazişin müddəalarına uyğun olaraq tərəfimizdən bildirişlər göndərildi və həmin şərtlərlə sazişin uzadılmasında maraqlı olmadığımızı bəyan etdik. Bu sazişin xitam müddəti isə 2024-cü ilin fevral ayına təsadüf edirdi. Bu ərəfədə ABŞ-dən Azərbaycana ən yüksək səviyyədə USAID çərçivəsində əməkdaşlığın davam etdirilməsi barədə mesajlar göndərildi. Biz qarşı tərəfə şərtlərlə bağlı danışıqların aparılmasının vacibliyini bildirdik və təkliflər yazılı şəkildə ABŞ-yə göndərildi. Lakin fevraldan iyun ayına qədər bizə məlum oldu ki, ABŞ öz istəyini diktə edərək Azərbaycana qəbul etdirmək istəyir və Azərbaycanın heç bir legitim maraqlarını nəzərə almaq istəmir. Bunları nəzərə alaraq Azərbaycan tərəfi həmin sazişin bir daha uzadılmaması barədə qərar qəbul etdi. USAID-in 2024-cü il 1 iyul tarixindən Azərbaycanda fəaliyyət göstərməsi de-yure mümkün deyil. USAID-in mövcudluğunun və təmsilçiliyinin davam etdirilməsinə ehtiyac yoxdur və fəaliyyətinin tam dayandırılmasının vaxtı yetişib".

USAID-in müdaxilə cəhdlərində əsas rollardan birini də iqtisadi təsir mexanizmləri oynayır. Təşkilat bunun üçün ölkələrin yerli biznes və sənayeləri zəiflədə biləcək layihələr həyata keçirir və bununla qarşı tərəfləri iqtisadi asılılıq yaratmaqla ABŞ-nin diktəsi ilə idarə edilməsinə zəmin yaradır. USAID təsir mexanizmlərini artırmaq üçün informasiya müharibəsindən də aktiv şəkildə istifadə edir. Müxtəlif ölkələrdə USAID jurnalistləri, media qurumlarını və sosial media təsir qruplarını maliyyələşdirir və məqsədlərini həyata keçirməyə çalışır. Bir sözlə, USAID "repertuarında" mövcud olan çaxnaşma mahnılarını ifa etdirməklə "məsələlərin həlli"nə nail olmağa çalışır. Əks halda, insan hüquqlarının pozulması, şantaj və qarayaxma kampaniyası işə düşür. Məsələn, Azərbaycan torpaqları 30 il Ermənistan silahlı qüvvələrinin işğalı altında qalanda, insan hüquqları pozulanda, humanitar yardımlara ehtiyac olanda bütün USAID harada idi? Əgər söhbət humanizm dəyərlərindən, demokratiyadan gedirsə, niyə təşkilatın rəhbəri Samanta Pauer Ermənistanı su yoluna döndərir, təşkilat isə Ermənistana ayırdığı 5 illik yardım paketini 2 dəfədən çox artıraraq, 120 milyon dollardan 250 milyon dollara çatdırırdı? Digər tərəfdən, USAID rəhbərinin tarixə qovuşan keçmiş qondarma rejimin keçmiş oyuncaq dövlət naziri, azərbaycanlıların hüquqlarının pozulmasında əli olan Ruben Vardanyanla sıx əlaqələrinin olması hansı insan hüququdur? Əks halda, Vardanyanın maliyələşdirdiyi "Avrora" mükafat komitəsində USAID rəhbəri Samanta Poverin nə işi vardı? Bununla yanaşı, Rusiya-Ukrayna müharibəsində təşkilat humanitar xərclər adı altında Ukraynaya dəfələrlə yüzmilyonlarla dollar vəsait ayırıb, Gürcüstanda parlament seçkisinə müdaxilə cəhdləri geniş iğtişaşlara səbəb olub, bu kimi dövlətlərin qoynunda böyüyən "vətəndaş cəmiyyəti" institutları vasitəsi ilə dövlət və xalqın iradəsi üzərində nəzarət uğrunda mübarizəyə başlanılıb. Baş verənlər isə göz qabağındadır.

Təbii ki, bütün bunların fonunda qeyd etdiyimiz kimi Azərbaycan məhz belə xarici müdaxilə cəhdlərini dəf etdiyi üçün nəinki yalnız inkişaf mərhələsinə qədəm qoyub, sabitliyini qoruyub, hətta digər dövlətlərin əksinə olaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.

Müəllif: Mərahim Nəsib

Mənbə: Oxu.az

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
16:35 21.06.2025
Dəb Necə Siyasiləşir?
15:52 21.06.2025
"Mərakeş azad edilmiş ərazilərin bərpasına investisiya yatırmaqda maraqlıdır"
15:27 21.06.2025
"Gözlətdiyim üçün üzr istəyirəm"
15:21 21.06.2025
Niyə mən 2018-ci ildə “Qarabağ Ermənistandır!” dedim? - Paşinyan İZAH ETDİ
15:00 21.06.2025
MEDİA 17 qəzetə pul ayırdı - Siyahı
14:56 21.06.2025
BTQ Dənizaşırı ərazilərdə internetin vəziyyətinə dair araşdırma aparıb zəif sürət, yüksək qiymət
14:41 21.06.2025
ABŞ və Aİ Xameneiyə əvəz axtarır
14:38 21.06.2025
"Azərbaycanda əyləncə turizmi yeni iş yerləri və investisiya imkanları yarada bilər"
14:35 21.06.2025
İsrail İranın Qum şəhərinə zərbələr endirib
14:31 21.06.2025
İsrail Şirazda hərbi mərkəzi "vurdu"
14:28 21.06.2025
"İqlim böhranı ilə mübarizəni pulsuz qoymaq cəhdləri uzaqgörən yanaşma deyil"
14:09 21.06.2025
Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
13:31 21.06.2025
İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının qapalı iclası keçiriləcək
13:20 21.06.2025
“Polis haqqında” qanuna təklif edilən dəyişiklik qəbul olundu
12:39 21.06.2025
Ermənilər Üzeyir Hacıbəylini niyə öldürmək istəmişdilər?
12:08 21.06.2025
Bu gün Bakıda ilk dəfə UFC turniri keçiriləcək
11:40 21.06.2025
Efiopiyada "ASAN xidmət" açılıb
09:49 21.06.2025
Xərçəngə qarşı qidalar: Onkoloji xəstəlik riskini azaldan SƏKKİZ məhsul
09:33 21.06.2025
FIFA Klublararası Dünya Çempionatı: Pley-offun ilk iştirakçıları bəlli olub
08:21 21.06.2025
İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib
05:16 21.06.2025
" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
Hamısı