Fransanın xarici işlər naziri Şimali Koreyanın Ukraynadakı müharibə üçün Rusiyaya ballistik raketlər verməsindən narahat olduğunu bildirib.
Bununla bağlı Ednews The Independent-ə istinadən bildirir. Stefan Sejourn bazar ertəsi Çinin paytaxtı Pekindəki Diaoyutai Dövlət Qonaq Evində Çinin xarici işlər naziri Vanq Yi ilə birgə mətbuat konfransında danışarkən narahatlığını ifadə edib. Fransa xarici işlər naziri həmçinin xəbərdarlıq edib ki, Ukrayna sülh danışıqlarında əsas tərəf olmasa, davamlı sülh olmayacaq.
Nahid