Türkiyədə İstanbulun Şişli rayonunda 16 mərtəbəli binada yanğın nəticəsində ölənlərin sayı 10-a çatıb.
Ednews xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
Məlumata görə, 7-si ağır olmaqla 13 nəfər yaralanıb.
İstanbul valiliyi hadisə ilə bağlı araşdırma başladıb.
*** 15:50
Türkiyənin İstanbul şəhərində 16 mərtəbəli binada yanğın baş verib.
Ednews Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın hadisəsi Şişli rayonunda olub.
Nəticədə 3 nəfər ölüb, 1 nəfər yaralanıb. Bildirilib ki, yanğın binanın alt mərtəbəsində yerləşən obyektdə baş verib.
Əraziyə yanğınsöndürənlər cəlb olunub. Hadisənin səbəbi hələlik məlum deyil.