Türk Hava Yolları İsrailə və İsraildən gələn bütün uçuşların dondurulmasını 2025-ci ilin mart ayına kimi uzadıb.
Ednews "Haaretz"ə istinadən xəbər verir ki, əvvəllər sifariş üçün açıq olan vebsayt 2025-ci ilin mart ayına qədər ləğv edilib.
Qeyd edək ki, keçən yay Türk Hava Yolları İsrailin Ben Qurion hava limanına və oradan uçan sərnişinlərin sayına görə dördüncü yerdə idi.
Xatırladaq ki, dondurulma qərarı 7 oktyabr hadisələrindən etibarən qüvvədədir.
Əkbər