"Real Madrid"in mərkəz müdafiəçisi David Alaba karyerasını "Qalatasaray"da davam etdirə bilər.
“EDnews” xəbər verir ki,, 33 yaşlı müdafiəçinin agenti İstanbul klubunun rəhbərliyi ilə danışıqlar aparır.
Qeyd olunur ki, danışıqlarda yekun sözü "Qalatasaray"ın baş məşqçisi Okan Buruk deyəcək.
Məlumat üçün əlavə edək ki, David Alaba mərkəz müdafiəçisi mövqeyi ilə yanaşı, sol cinah müdafiəçisi və yarımmüdafiəçi kimi də oynaya bilir. Onun transfer dəyəri 10 milyon avrodan yuxarı qiymətləndirilir.