İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi "Daşnaksütun" partiyası rəhbərliyinin nümayəndəsi İqor Sarkisyanın iki ay müddətinə həbs edilməsi barədə qərar qəbul edib.
“EDnews” xəbər verir ki, bu barədə "Müqəddəs mübarizə" hərəkatının məlumatında deyilir.
"Daşnaksütun" partiyasının ali orqanının nümayəndəsi də iki ay müddətinə həbs edilib", - məlumatda qeyd olunub.
Daha əvvəl məhkəmə İstintaq Komitəsinin vəsatətini təmin edərək, arxiyepiskop Baqrat Qalstanyana qarşı iki aylıq həbs qətimkan tədbiri seçib. Ona qarşı Ermənistan Cinayət Məcəlləsinin "terrorizm" və "hakimiyyətin qəsb edilməsi" maddələri ilə ittiham irəli sürülüb. İstintaq Komitəsində hesab edirlər ki, Qalstanyanın rəhbərlik etdiyi "Müqəddəs mübarizə" hərəkatı ölkədə terror aktlarının törədilməsinə və hakimiyyətin ələ keçirilməsinə yönəlmiş fəaliyyətlər planlaşdırıb. Bu iş çərçivəsində daha 15 nəfər təqsirləndirilir.