Somali quldurları mart ayında Mozambikdən BƏƏ-yə gedərkən qaçırdıqları toplu yük gəmisini və onun heyətini iki gün əvvəl onlara fidyə ödənildikdən sonra sərbəst buraxdıqlarını açıqladılar.
Ednews gazeteduvar-a istinadən xəbər verir ki, iki Somali qulduru, 5 milyon dollarlıq fidyə ödənildikdən sonra qaçırılan "MV Abdullah" adlı gəminin 23 ekipaj üzvü ilə birlikdə sərbəst buraxıldığını söylədi.
Banqladeş bayraqlı “MV Abdullah” yük daşıyıcısı mart ayında Mozambikdən Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedərkən qaçırılıb. Hadisə Somalinin paytaxtı Moqadişudan təxminən 600 dəniz mili şərqdə baş verib.
Bölgədə 2008-2018-ci illər arasında artan piratçılıq fəaliyyəti o vaxtdan bəri azalsa da, keçən il yenidən yüksəlməyə başlayıb. Bəzi ekspertlərin fikrincə, Somali quldurları Yəmən husilərinin Qəzzəyə hücum etdikdən sonra Qırmızı dənizdə İsrailə bağlı gəmiləri hədəfə aldıqları xaosdan və ya fəaliyyət göstərdikləri dənizlərdə ümumilikdə təhlükəsizlik tədbirlərinin azaldılmasından istifadə edə bilərlər.
Xəyal Ramiz