İranın ballistik raketlərinin qalıqları İordaniyada onlayn alqı-satqı saytında satışa çıxarılıb.
Ednews “Əl-Ərəbiyyə” saytına istinadən xəbər verir ki, İordaniya vətəndaşları İranın İsrailə hava hücumlarından sonra bu ölkənin Əl-Həsa, Mərc əl-Həmam və Karak şəhərlərinə düşən ballistik raketlərin qalıqlarını onlayn alqı-satqı saytında müxtəlif qiymətlərlə satışa çıxarıblar.
Məlumata görə, iordaniyalılar bu ölkədə avtomobil, daşınmaz əmlak və bütün növ malların alqı-satısı ilə məşğul olan məşhur “Əl-Souq əl-Məftuh” saytında İranın ballistik raketlərinin qalıqlarının çəkisi, qət etdiyi məsafə, sürəti, modeli, rəngi və digər xüsusiyyətləri ilə birlikdə şəkillərini yerləşdiriblər.
Elanların birində “İranın aşağı təsirli ikinci əl ballistik raketi satılır” başlığı ilə şəkillər paylaşılıb, habelə elan sahibi ballistik raketin aylıq kreditlə də alına biləcəyini yazıb.
Oğuz