Yaponiya Hərbi Dəniz Qüvvələrinin 8 şəxsi heyətini daşıyan iki helikopter gecə təlim uçuşu zamanı Sakit Okeana düşüb.
Ednews savunmasanayist.com-a istinadən xəbər verir ki, Yaponiya Müdafiə naziri Kihara Minoru gecə uçuş təlimi zamanı Sakit okeana düşən 2 donanma helikopteri ilə bağlı mətbuata açıqlama verib.
Kihara qeyd edib ki, paytaxt Tokionun cənubundakı Torishima adasının sahillərində hər biri 4 nəfər olan SH-60K model helikopterlərlə əlaqə kəsilib. Nazir qəzanın səbəbinin hələ müəyyən edilmədiyini bildirib.
Hadisədən sonra Yaponiya Hərbi Dəniz Qüvvələri xəbərdar edilib və bölgədə axtarış-xilasetmə işləri davam edir.
Xəyal Ramiz