ABŞ-ın İsrail Ordusunda bir bölməyə hərbi yardımı kəsəcəyi xəbərinin ardından İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinə qarşı bütün embarqoları rədd edəcəyini bildirib və “Bütün gücümlə mübarizə aparacağam” deyib.
Ednews axios xəbər saytına istinadən xəbər verir ki, ABŞ-ın işğal altındakı İordan çayının qərb sahilində insan haqları pozuntularına görə İsrailin Netzah Yehuda briqadasını hədəf alacağını yazmışdı.
Qərar sui-istifadələrdə iştirak etdiyi iddia edilən xarici hərbi birləşmələrə Amerikanın qadağası əsasında qəbul edilib.
Keçən həftə ABŞ-ın dövlət katibi Antoni Blinken ABŞ-ın İsrail Ordusunda bəzi birliklərin köməyini kəsəcəyi xəbəri ilə bağlı suala "Bəzi qərarlar verdim, onları yaxın günlərdə görəcəyinizi gözləyə bilərsiniz" demişdi.
İsrailin əsas müttəfiqi Vaşinqton indiyədək heç vaxt İsrail Ordusunda hər hansı sanskiya etməyib.
Xəyal Ramiz