Ukrayna kəşfiyyatının Dövlət Təhlükəsizlik Departamentində çalışan 2 nəfəri sui-qəsd törətməkdə şübhəli bilinərək həbs etməsindən sonra hərəkətə keçən Vladimir Zelenski Ukrayna Dövlət Təhlükəsizlik Departamentinin rəhbərini vəzifəsindən azad edib.
Ednews odatv-ə istinadən xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) bu yaxınlarda Ukrayna Dövlət Təhlükəsizlik Xidmətində 2 polkovnikin həbsindən sonra Ukrayna prezidenti Vladimir Zelenski dərc etdiyi fərmanla Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Serxi Rudu vəzifəsindən azad edib.
2019-cu ildə vəzifəyə başlayan Rudun yerinə hələlik yeni təyinat olmayıb.
SBU, Zelenskiyə və digər yüksək səviyyəli hərbi və siyasi məmurlara sui-qəsd hazırlayan 5 Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) agentinin ifşa edildiyini, Rusiya kəşfiyyatına məlumat sızdırdığı iddia edilən 2 Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinin polkovnikini həbs etdiyini açıqlayıb.
Xəyal