Latviya Xarici İşlər Nazirliyinin rəhbəri erməni müğənnini şəxsən “qara siyahı”ya daxil edib və ölkəyə girişini qadağan edib.
Ednews xəbər verir ki, Latviyanın xarici işlər naziri XCHO yaradıcı təxəllüsü ilə çıxış edən erməni musiqiçi Xaço Dunamalyanı ölkədə qalması arzuolunmaz şəxslər siyahısına daxil edib.
İfaçının qeyri-müəyyən müddətə Latviya ərazisinə girişi qadağandır. İctimaiyyətə açıq olan məlumata görə, mayın 25-də axşam saatlarında XCHO-nun Riqadakı Tower gecə klubunda konserti planlaşdırılıb.
Bu, Latviyanın “qara siyahısı”na şəxsən Baiba Brajenin daxil etdiyi ilk şəxsdir. Bu qərarın səbəbləri barədə məlumat verilmir. Dunamalyanın Rusiyada məşhur olduğu məlumdur.
“İmmiqrasiya qanununun 61-ci maddəsinin 2-ci hissəsinə əsasən, mən Xaço Dunamalyanı qeyri-müəyyən müddətə Latviyaya girişə qadağa qoyaraq, Latviya Respublikası üçün arzuolunmaz şəxslər siyahısına daxil etmək qərarına gəldim”, – deyə Baiba Braje onlayn yazıb.
Əkbər Novruz