Böyük Britaniyanın baş naziri Rişi Sunak erkən seçkilərin iyulun 4-də keçiriləcəyini açıqlayıb.
Ednews bbc.com-a istinadən xəbər verir ki, baş nazir Sunak Bukingem Sarayına getdiyini və Kral III Çarlzdan İcmalar Palatasını ləğv etməyi xahiş etdiyini bildirdi.
Uzun müddətdir seçki tarixini açıqlamaq üçün təzyiq altında olan Sunakın ilin sonuna doğru, 5 illik müddətin sonunda seçki keçirəcəyi gözlənilirdi.
İngiltərədə seçkilər beş ildən bir keçirilir və sonuncu seçkilər 2019-cu ilin dekabrında keçirilib.
Mühafizəkarlar Partiyası 80 yerdən çox fərqlə İcmalar Palatasında çoxluğu qazanmışdı.
İngiltərədə hakim Mühafizəkarlar Partiyasının güclü olduğu iki bölgədə təkrar seçkilərdə Leyboristlər Partiyası qalib gəlib.
Xəyal