Erməni lobbiçi və Nümayəndələr Palatasının üzvü Cim Kosta Azərbaycana qarşı bir sıra qərəzli fikirlər səsləndirib.
Ednews - un məlumatına görə Palata üzvü dövlət katibi Blinkendən Azərbaycana etibar etməmək lazım olduğunu söyləyib.
Belə ki, erməni lobbiçi və Nümayəndələr Palatasının üzvü Cim Kosta dövlət katibi Entoni Blinkendən Qarabağdakı yerli ermənilərin guya "soyqırımı" da daxil olmaqla, törətdiyi "cinayətlərə" görə Azərbaycanı məsuliyyətə cəlb etməyi tələb edib.
"Düşünürəm Azərbaycana güvənmək olmaz. Onlar bizim müdafiə müqaviləmizin prinsiplərini kifayət qədər korlayıblar".
Buna cavab olaraq Blinken qeyd edib ki, burada ən yaxşı həll yolu sülh sazişi axtarmaqdır. Bu, Ermənistanın, Azərbaycanın və bütün regionun maraqlarından irəli gəlir:
"Əsas öncəliyimiz sülh sazişinin imzalanmasıdır. Bu çərçivədə hər iki tərəfin ciddi addımlar atdığını düşünürəm".
Əkbər