SpaceX, Texasın Boca Chica bölgəsində Starship IFT-4 layihəsi üzərində işlərini davam etdirərkən, Makqreqordakı obyektlərdə raket mühərrikinin sınağı zamanı böyük partlayış baş verdi .
Ednews xəbər verir ki, hadisə şahidlərinin və yerli medianın paylaşdığı görüntülərdə sınaq qülləsinin alovla örtüldüyü və qatı tüstünün yüksəldiyi görülüb.
SpaceX hadisə ilə bağlı hələlik açıqlama verməyib. Partlayışdan sonra xoşbəxtlikdən sınaq yolu heç bir zərər görmədən sağ qala bilib. Lakin hadisədən sonra sınaq stendinin üstündən bir dəqiqədən çox ağ tüstü qalxmağa davam edib.
Xəyal