Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
Ednews xəbər verir ki, bu barədə qurum rəsmi "X" hesabında paylaşım edib.
"Əziz Azərbaycanın Müstəqillik Gününüz mübarək! Xoşbəxtliyi bizim xoşbəxtliyimiz, kədəri kədərimiz olan azərbaycanlı qardaşlarımızın qürurunu və coşqusunu ürəkdən bölüşürük",- paylaşımda vurğulanıb.