Xəbər verdiyimiz kimi, İstanbulda Küçükçekmecedə səhər saatlarında 3 mərtəbəli bina çöküb.
Ednews CNN Türk-ə istinadən xəbər verir ki, Küçükçekmece Bələdiyyə Başçısı Kamal Çebi binanın çökməsi ilə bağlı son vəziyyəti açıqlayıb.
''Son araşdırmalar aparılır. 9 nəfərdən biri ölü olaraq tapılıb, qalan 1 nəfər özü kortəbii olaraq çölə çıxa bilib. Hazırda 7 nəfərin hamısı çıxarılıb”, deyə o, qeyd edib.
Məlum olub ki, binanın damında qanunsuz tikinti aparılıb.