İsveçrə Milli Şurasının deputatları tərəfindən Fələstin dövlətinin tanınması ilə bağlı təklif dəstəklənməyib.
Ednews xəbər verir ki, bu barədə İsveç hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Milli Şura Fələstini tanımaq istəmir. Şura Sürixdən olan Sosial Demokrat Partiyasının (SDP) deputatı Fabian Molinanın irəli sürdüyü müvafiq təşəbbüsü rədd edib", - deyə parlamentin məlumatında qeyd edilib.
Bildirilib ki, bu gün keçirilən səsvermədə Fələstin dövlətinin tanınmasının lehinə 61, əleyhinə isə 131 deputat səs verib.