Ednews “NTV Haber”ə istinadən xəbər verir ki, Çində 1995-2005-ci illər arasında internetdə paylaşılan demək olar ki, bütün məzmunların silindiyi iddia edilib. Bu vəziyyət “kollektiv yaddaşın itirə biləcəyi” narahatlığına səbəb oldu. Hazırda ölkədə 3,9 milyon internet saytı var. 2017-ci ildə bu rəqəm 5,3 milyon olub.
Çinin WeChat sosial media platformasında mayın 22-də edilən paylaşımda 1995-2005-ci illər arasında xəbər saytları, bloqlar, forumlar və sosial media proqramlarında dərc olunan bir çox məzmunun silindiyi açıqlanıb.
Xəbər “Çin interneti sürətlə çökür” başlığı ilə təqdim edilib. Gözlənildiyi kimi, yazının özü tez bir zamanda senzuraya məruz qaldı.
YADDAŞININ QIZIL BALIQDAN FƏRQİ YOXDU"
Çinli bloggerlər bu qərara reaksiya verərək, "Biz əvvəllər internetin yaddaşı olduğuna inanırdıq. Amma bu yaddaşın qızıl balığın yaddaşına bənzədiyinin fərqində deyildik"
deyib. Çinlə bağlı hadisələri izləyən York Times müxbiri Li Yuan dedi : O, senzura ilə bağlı araşdırmasının nəticələrini bildirdi ki,
Li 1995-2005-ci illərdə nəşr olunan məzmunun nə qədərinin Çində ən çox istifadə edilən axtarış sistemi olan Baidu vasitəsilə əldə oluna biləcəyini araşdırdı.