Bu qərardan sonra Fransanın ifrat sağçı lideri Cordan Bardellanın partiyasının baş nazirliyə namizəd olacağı açıqlanıb.
Ednews NTV- yə istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Avropa Parlamenti (AP) seçkilərində ölkəsində ifrat sağçıların böyük fərqlə birinci olmasından sonra parlamenti buraxıb və növbədənkənar ümumi seçki keçirmək qərarına gəlib.
Milli Ralli partiyasının vitse-prezidenti Sebastien Çenu 28 yaşlı lider Jordan Bardellanın erkən seçkilərdə çoxluğu qazanacağı təqdirdə baş nazirliyə namizəd olacağını açıqlayıb.
Makron erkən seçki çağırışı ilə bağlı sosial media platformasındakı paylaşımında bildirib.
Makron bu axşam yerli vaxtla saat 22:00-da kabinetini toplayacaq.
Sünbül