Rusiya Ukraynanın Mariupol şəhərində qəsdən aclıq taktikasından istifadəyə görə ittiham olunur.
Ednews "The Guardian"a istinadən xəbər verir ki, bu, Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) təqdim edilən yeni təhlildə öz əksini tapıb.
Belə ki, Rusiya 2022-ci ilin əvvəlində Ukraynanın Mariupol şəhərinin 85 günlük mühasirəsi zamanı müharibə cinayəti sayılan aclıq taktikasının qəsdən həyata keçirilməsində ittiham edilir.
Hüquqşünaslar deyirlər ki, mühasirə zamanı Ukrayna şəhərində insanların yemək və xidmətlərdən mərhum edilməsinə görə Rusiyanın (plan tərtibatında iştirak edən şəxslərin) cinayətə cəlb edilməsi halı baş tuta bilər.
Əkbər Novruz