ABŞ yeni sanksiya siyahısı ilə Rusiya ilə işləyən Çin, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdəki 300 şirkəti hədəf alıb.
Ednews qəzetoksijen-ə istinadən xəbər verir ki, ABŞ yeni sanksiyalarla Rusiyaya çip göndərən şirkətləri xüsusi olaraq hədəfə alıb.
Birləşmiş Ştatlar Ukrayna müharibəsində Rusiyanın hərbi gücünü zəiflətmək səyləri çərçivəsində Moskvaya yarımkeçiricilər satan Çin şirkətləri də daxil olmaqla Rusiyaya qarşı sanksiyaları əhəmiyyətli dərəcədə genişləndirib.
Xəzinə Nazirliyindən verilən açıqlamaya görə , 300 şirkət hədəf alınıb. Bəyanatda nazirlik Rusiyanın müharibə iqtisadiyyatı ilə iş görən xarici maliyyə qurumlarına qarşı ikinci dərəcəli sanksiyalar riskini artırdığını və bu qurumları ABŞ maliyyə sisteminə çıxışını itirməklə hədələdiyini bildirib. Sanksiya siyahısına Çindən başqa Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən də bir çox şirkətlər daxildir.
Xəyal