Tacikistanda hicabı qadağan edən qanun qəbul edilib.
Ednews "Ozodi" nəşrinə istinadən xəbər verir ki, bu barədə iyunun 19 - da Tacikistan parlamentinin yuxarı palatası "Ənənə və mərasimlərin tənzimlənməsi haqqında" qanun düzəlişində qeyd edilib.
Nəşr yazır ki, düzəlişlərin qəbul olunması cəmiyyətdə geniş əks - səda verib. Qəbul olunmuş düzəlişlərdən birinə görə "milli geyim mədəniyyətinə yad olan geyimlərin" ölkəyə gətirilməsi, satışı və ya ictimai yerlərdə geyinilməsi qadağan edilir.
Bundan başqa düzəlişlər uşaqların Ramazan və Qurban bayramları günlərində gəzdirilməsini və ya yerli dildə deyildiyi kimi "idgərdəyi" qadağan edilir.
Əkbər Novruz