Səudiyyə Ərəbistanı ölkənin Şərqiyyə və Rub əl-Xali bölgələrində xam neft və təbii qaz yataqları və yataqlarının aşkar edildiyini açıqlayıb.
Ednews sozcu.com-a istinadn xəbər verir ki, Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salmanın məsələ ilə bağlı bəyanatı ölkənin rəsmi agentliyi SPA-da dərc olunub.
Bin Salman Səudiyyə Ərəbistanının milli neft şirkəti Saudi Aramco-nun Şərqiyyə bölgəsində iki qeyri-ənənəvi neft yatağı, bir ərəb yüngül neft yatağı, iki təbii qaz yatağı və Rub əl-Xalidə iki təbii qaz yatağı tapdığını bildirib.
Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı gündəlik təxminən 10 milyon barrel xam neft hasil edir və bunun təxminən 7 milyon barrelini ixrac edir.
Xəyal