Çin höküməti ABŞ-ın ölkədə dini azlıqları dəstəkləməsinə qarşı çıxıb.
Ednews Türkiyə mediasına istinadən xəbər verir ki, kommunist partiyası ölkədə müsəlman uyğurların haqlarının tapdalanmasını inkar edib. Hökümət bu barədə heç bir sübutun olmadığını və iddiaların tamamilə əsassız olduğunu bəyan edib.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti Çində yaşayan uyğur türklərinin etnik ayrı-seçkilik və zorakılıqla üzləşdiyini iddia edərək, Çin hökünətinə müraciət edib. ABŞ müsəlman azlıqların soyqırıma məruz qalması iddiasını geri çəkmədiyi üçün Çin bunu özünün daxili işinə qarışmaq kimi dəyərləndirib.
Fərid