Beril qasırğası 128 km/saat sürətlə Texas ştatının Matagorda Beach sahilinə çatıb.
Ednews CNN-ə istinadən xəbər verir ki, ştatda 84 mindən çox insan işıqsız qalıb.
Keçən həftə Karib dənizində və Meksikanın Yukatan yarımadasında xaosa səbəb olan, ən azı doqquz adamı ölümünə səbəb olan Beril fırtınası ötən günlərdə zəifləsə də, Texas yaxınlığında bir gecədə yenidən nəhəng qasırğaya çevrildi.
A. Mikayıl