Macarıstanın baş naziri Viktor Orban cümə axşamı NATO sammitindən sonra Floridada ABŞ-ın keçmiş prezidenti Donald Trampla görüşəcək.
Ednews xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən yazıb.
“Orban Vaşinqtonda NATO sammiti başa çatdıqdan sonra Mar-a-Laqoya gedəcək”, - xəbərdə deyilir.
Xatırladaq ki, Orban iyulun 5-də Moskvaya gəlib və Rusiya prezidenti Vladimir Putinlə görüş keçirib. O, Moskva səfərini iyulun 2-də Kiyevə səfərlə başlayan sülh missiyasının növbəti mərhələsi adlandırıb. Macarıstanın baş naziri yaxın vaxtlarda bir neçə belə gözlənilməz görüşlər keçirmək niyyətində olduğunu bildirib.
İyulun 8-də Orban Pekinə səfər edib və orada Macarıstanın Çinlə qarşıdurmanın əleyhinə olduğunu, Aİ ilə Çin arasında əməkdaşlığa tərəfdar olduğunu xüsusi vurğulayıb.
Pekindən sonra Orban NATO sammiti üçün Vaşinqtona gedib.
Yeri gəlmişkən, Orban iyulun 6-da Şuşada TDT-nin qeyri-rəsmi sammitində də iştirak edib.